Azərbaycan Dövlət Neft Fondu (ARDNF) cümə axşamı hərracda banklara $50 mln. məbləğində valyuta satıb. Bu barədə fonddan məlumat verilib.
“ARDNF iyulun 28-də Mərkəzi Bankın keçirdiyi valyuta hərracında iştirak edib. Hərraca çıxarılmış $50 mln. məbləğində vəsait 28 banka satılıb”, - deyə məlumatda qeyd olunur.
Ümumilikdə ARDNF iyulda keçirilmiş valyuta hərraclarında banklara $450 mln., Mərkəzi Bank isə $150 mln. satıb.**
A.Əzizov