Xarici işlər naziri Elmar Məmmədyarov Hindistanın xarici işlər nazirinin müavini xanım Sujata Mehtan müqavilə-hüquq bazasının genişləndirilməsi məsələlərini müzakirə ediblər.
“Görüşdə müqavilə-hüquq bazasının genişləndirilməsi, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, humanitar, mədəniyyət və təhsil sahəsində əlaqələrin təşviqi, qarşılıqlı mədəniyyət günlərinin təşkil olunması, universitetlərarası müəllim-tələbə mübadiləsinin həyata keçirilməsi kimi məsələlər müzakirə olundu”, - deyə XİN-in mətbuat xidməti məlumat verir.
Bundan başqa, tərəflər həmçinin siyasi, iqtisadi, kənd təsərrüfatı, yüksək texnologiyalar, əczaçılıq, elm-təhsil və humanitar sahələrdə əməkdaşlıq məsələlərini müzakirə etdilər.
Azərbaycan və Hindistan arasında əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər, hökumətlərarası müştərək komissiya və XİN-lərarası siyasi məsləhətləşmələr mexanizminin əhəmiyyəti vurğulandı.
Həmsöhbətlər Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizlərinin reallaşdırılmasına dair fikir mübadiləsi aparıblar. **
F.İsazadə