Azərbaycan Mərkəzi Bankı (AMB) iyulun 29-na manatın dollara qarşı rəsmi məzənnəsini iyulun 28-nə olan 1,5819 manat/$1 səviyyəsinə qarşı 1,5851 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2023% ucuzlaşıb.
AMB iyulun 29-na manatın avroya nisbətən rəsmi məzənnəsini iyulun 28-də qeydə alınmış 1,7512 manat/1EUR səviyyəsinə qarşı 1,7564manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,2969% ucuzlaşıb.
İyulun 29-na manatın rus rubluna nisbətən rəsmi məzənnəsi iyulun 28-nə olan 0,024 manat/1RUR səviyyəsinə qarşı 0,0238 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,8333% bahalaşıb.
Mərkəzi Bank iyulun 29-na manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini iyulun 28-nə olan 0,5243 manat/1YTL-ə qarşı 0,526 manat/1YTL səviyyəsində müəyyən edib. Bununla da manat lirəyə qarşı 0,3242% ucuzlaşıb.**
A.Əzizov