Cümə günü daha 12 sahibkara106 mln. manat ümumi məbləğdə investisiya təşviqi sənədi təqdim olunub.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin məlumatına görə, sənədlər sahibkarlara İqtisadiyyat Nazirliyində təşkil edilən tədbirdə təqdim olunub.
İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov tədbirdə çıxışında bəyan edib ki, dünyada ağır iqtisadi vəziyyətə baxmayaraq, Azərbaycan rəhbərliyi ölkədə sahibkarlığın inkişafı üçün sistematik tədbirlər görür.
“Bütövlükdə, indiyədək 30 sahibkar investisiya təşviqi sənədi əldə edib. Onlara dair investisiyaların ümumi həcmi 300 mln. manata yaxın qiymətləndirilir. Həmin investisiyalar sayəsində 2,7 minə yaxın iş yerinin yaradılması planlaşdırılır”, - deyə o qeyd edib.
N.Səfərov vurğulayıb ki, investisiya lıayihələrini ölkənin 7 rayonunda həyata keçirmək planlaşdırılır.
Xəbər verildiyi kimi, 18 yanvar 2106-cı il tarixində prezident İlham Əliyev investisiyaların təşviqi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Bu fərmanla “İnvestisiya təşviqi sənədinin verilməsi Qaydası” təsdiq edilib. İqtisadiyyat Nazirliyi tərəfindən sahibkarlara verilən sənəd Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanunda nəzərdə tutulan güzəştlərdən istifadə etməyə imkan verir. **
F.İsazadə