Ermənistan işğal etdiyi ərazilərdəkitəbii sərvətləritalan və istismar edir. Bu barədə AzərbaycanınATƏT yanında daimi nümayəndəliyinin qurumun Daimi Şurasının iclasında yaydığı Azərbaycanın işğal edilmiş ərazilərindəki vəziyyətlə bağlı bəyanatda deyilir.
“Azərbaycan Ermənistanın “status-kvo”nu möhkəmləndirmək və Azərbaycan torpaqlarının ilhaqını təmin etmək məqsədlə işğal edilmiş ərazilərdəhəyata keçirdiyi ardıcıl fəaliyyətlərbarədə sübutları bir neçə dəfə beynəlxalq ictimaiyyətə təqdim edib. Bu fəaliyyətlərə Ermənistan və xarici ölkələrdən gətirilən şəxslərin məskunlaşdırılması, tarixi və mədəni irsin məhv edilməsi və ya özününküləşdirilməsi, qeyri-qanuni iqtisadi və digər fəaliyyətlər, işğal edilmiş ərazilərdəkitəbii sərvətlərintalan və istismar edilməsi daxildir”, - deyə bəyanatda bildirilir.
“Ermənistanın həyata keçirdiyi bu qeyri-qanuni fəaliyyətlərə adekvat beynəlxalq reaksiyanın olmaması cəzasızlıq mühitinə yol açır. Sübutlar onu göstərir ki, Ermənistan birbaşa öz vasitələri və dolayısı ilə işğal etdiyi ərazilərdə yaratdığı separatçı rejim və erməni diasporunun köməyi ilə bu fəaliyyətləri davam etdirməklə yanaşı bu qeyri-qanuni fəaliyyətlərin miqyasını genişləndirir.”, - deyə bəyanatda qeyd olunur.
Vurğulanır ki, Azərbaycan Ermənistan tərəfindən işğal edilmiş ərazilərdəSuriya ermənilərinin yeni məskunlaşma dalğası ilə bağlı məsələləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırıb. Həmçinin, birbaşa və ya dolayısı ilə bəzi xarici şəxslərinqeyri-qanuni iqtisadi, kommersiya və digər fəaliyyətlərə cəlb olunması ilə bağlı sübutlar da mövcuddur.*
F.İsazadə