Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları kultivasiya yolu ilə yetişdirilmiş 179 ədəd çətənə kolu aşkar edərək götürüblər. Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat verir.
“Xaçmaz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Dalğalı kəndinin meşə zolağında 179 ədəd çətənə kolu aşkar edilərək götürülüb”, - deyə məlumatda vurğulanır.
Qeyd edilir ki, çətənə kolları kənd sakini Zaur Şamxalov tərəfindən yetişdirilib. **
F.İsazadə