Bakı Pakistanın Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsini yüksək qiymətləndirir. Xarici İşlər Nazirliyindən verilən məlumata görə, bu sözləri XİN başçısı Elmar Məmmədyarov Pakistan İslam Respublikasının Azərbaycana yeni təyin olunmuş səfiri Səid Xan Mohmandi qəbul edərkən deyib.
«Bakı Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə əlaqədar beynəlxalq hüququn prinsipləri vəBMT Nizamnaməsini rəhbər tutaraq, Pakistanın Azərbaycanın ədalətli mövqeyini dəstəkləməsinin yüksək qiymətləndirir”, - deyə E.Məmmədyarov bildirib.
Görüşdə Azərbaycan və Pakistan arasında dostluq və tərəfdaşlığa əsaslanan ikitərəfli siyasi əlaqələrin yüksək inkişaf səviyyəsindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında əlaqələrin inkişafında yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Həmçinin, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı təqdir edilib. İqtisadiyyat, enerji, ticarət, yüngül sənaye və nəqliyyat sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğu qeyd olunub.*
F.İsazadə