Milli Olimpiya Komitəsi (MOK) azərbaycanlı idmançılardan 10-12 medal gözləyir. Bu sözləri MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə deyib.
«Rioda 56 idmançımız iştirak edəcək. Komandanın yarısı medal qazan bilər. Hesab edirik ki, London Olimpiadası ilə müqayisədə bu dəfə komanda və idman növlərinin sayı çox olduğundan imkanlarımız daha çoxdur. Rioda ən azı 10-12medal qazanmalıyıq", - deyə Ç.Hüseynzadə bu gün mətbuat konfransında bildirib.
2012-ci ildə keçirilmiş London olimpiadasında idmançılarımız 2-si qızıl olmaqla 10 medal qazanıb.*
F.İsazadə