Maliyyə Nazirliyi avqustun 2-də 20 mln. manat dəyərində iki seriyalı dövlət qısamüddətli istiqrazlarının (DQİ) satışı üzrə hərrac keçirəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Bakı Fond Birjasından məlumat verilib.
“Hərraca 20 mln. manatlıq DQİ çıxarılacaq. İstiqrazların tədavül müddəti 91 gün, ödəniş tarixi 1 noyabr 2016-cı ildir”, - deyə BFB-da qeyd ediblər.
Maliyyə Nazirliyi 2016-cı ildə 800 mln. manat və $500 mln. məbləğində dövlət qısamüddətli və ortamüddətli istiqraz yerləşdirməyi planlaşdırır.**
A.Əzizov