Suriyanın İdlib əyalətində Rusiyanın Mi-8 helikopteri vurulub. Helikopterdə olan 3 nəfər ekipaj üzvü və 2 zabitin taleyi dəqiqləşdirilir. Bu barədə “İnterfaks”a bazar ertəsi Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Avqustun 1-də İdlib əyalətində yerdən açılan atəş nəticəsində Hələb şəhərinə humanitar yardım çatdırandan sonra Xmeymim aviabazasına qayıdan Mi-8 hərbi helikopteri vurulub”. - deyə məlumatda deyilir.
“Helikoperdə ekipaıın 3 üzvü və Suriya ərazisində düşmən tərəflərin barışığı üzrə Rusiya Mərkəzinin2 zabiti olub. Rusiyalı hərbçilərin taleyi bütün kanallarla dəqiqləşdirilir”, - deyə nazirlikdən bildiriblər. **