Mənzil İnşaatı Dövlət Agentliyi sosial mənzil üçün ilk şəhərciyin tikintisinin yerini müyyən edib. Bu barədə MİDA-nın mətbuat xidməti məlumat verib.
“MİDA ölkə vətəndaşları üçün güzəştli şərtlərlə mənzil t8ikintisi üzrə ilk layihənin reallaşdırılmasına başlayıb. Bununla əlaqədar ilk şəhərciyin təməlinin qoyulması məqsədilə Bakının Yasamal rayinunda 11,6 ha torpaq sahəsi ayrılıb. Nazirlər Kabinetinin qərarına əsasən bu ərazi Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin tabeliyində olan MİDA MMC-yə verilib”, - deyə məlumatda deyilir.
Məlumata görə, hazırda şəhərciyin qurulması üçün əsaslandırılmanın hazırlıq işləri başa çatmaq üzrədir. Yaxın zamanda tikintinin işçi layihəsinin hazırlığı üzrə işlərə başlanacaq. Layihələndirmə bitəndən sonra tikinti işlərinə start veriləcək.
“İlkin qiymətləndirmələrə görə, şəhərcikdə 2 minə yaxın məzil inşa olunacaq. Çoxmərtəbəli binalarla yanaşı şəhərcikdə sosial infrastruktur layihələrin (məktəblər, uşaq bağçaları və s.), o cümlədən məişət və digəör xidmət sahələri obyektlərinin tikintisi nəzərdə tutulur”, - deyə məlumatda vurğulanır.
2016-cı ilin aprel ayında prezident İlham Əliyev Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin yaradılması haqqında sərəncam imzalayıb. Bundan başqa, 10 mln. manat məbləğində nizamnamə kapitalına malik olan MİDA MMC yaradılıb. MİDA-nın fəaliyyəti çoxmənzilli binaların tikintisinə icazələrin verilməsinə, çoxmənzilli yaşayış binalarının tikintisi üçün ayrılan maliyyə vəsaitlərindən səmərəli istifadə edilməsinin təşkil və təmin edilməsinə yönəlib.**
F.İsazadə