Türkiyə hakimiyyəti ölkədə dövlət çevrilişinə cəhddə şübhəli bilinən 11 əsgəri həbs edib. Bu barədə Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş bu gün məlumat verib.
Beləliklə, dövlət çevrilişinə cəhd zamanı Marmarisdə prezident Rəcəb Tayyib Ərdoğanın qaldığı otelə hücum etmiş hərbçilərin sayı 36 nəfərə çatıb.
"Onlardan 11 nəfəri Ula bölgəsində yaxalanıb", - deyə N.Kurtulmuş bildirib.
Onun sözlərinə görə, daha bir hərbçi axtarışdadır.*