Azərbaycan Mərkəzi Bankı (AMB) avqustun 2-nə manatın dollara qarşı rəsmi məzənnəsini avqustun 1-nə olan 1,5851 manat/$1 səviyyəsinə qarşı 1,5883 manat/$1 səviyyəsində müəyyən edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
Beləliklə, manat dollara qarşı 0,2018% ucuzlaşıb.
AMB avqustun 2-nə manatın avroya nisbətən rəsmi məzənnəsini avqustun 1-də qeydə alınmış 1,7721 manat/1EUR səviyyəsinə qarşı 1,7749 manat/1EUR səviyyəsində müəyyənləşdirib. Bununla da manat avroya nisbətən 0,158% ucuzlaşıb.
Avqustun 2-nə manatın rus rubluna nisbətən rəsmi məzənnəsi avqustun 1-nə olan 0,024 manat/1RUR səviyyəsinə qarşı 0,0238 manat/1RUR səviyyəsində müəyyən edilib. Beləliklə, manat rubla qarşı 0,8333% bahalaşıb.
Mərkəzi Bank avqustun 2-nə manatın türk lirəsinə nisbətən rəsmi məzənnəsini 0,5309 manat/1YTL səviyyəsində müəyyən edib. **
N.Abbasova