“S&P Global Ratings” kredit reytinqləri xidməti Azərbaycanın uzunmüddətli suveren kredit reytinqini “BB+” səviyyəsində, qısamüddətli reytinqini “B” səviyyəsində təsdiqləyib. Bu barədə agentlikdən məlumat verilib.
Bununla belə, agentlik Azərbaycanın xarici və milli valyutada uzunmüddətlikredit reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə salıb.
“2016-cı ilin birinci yarısında Azərbaycan iqtisadiyyatının inkişaf tempi agentliyin proqnozlaşdırdığından xeyli aşağı olub. Bu il Azərbaycan iqtisadiyyatının artımı üzrı proqnozu dəyişdirdik və 3% azalma qeydə aldıq (ötən proqnozla müqayisədə azalma 1%). Bununla əlaqədar Azərbaycanın üzunmüddətli reytinqi üzrə proqnozunu “stabil”dən “neqativ”ə saldıq”, - deyə məlumatda deyilir.
Agentliyin analitiklərihesab edirlər ki, həyat standartlarının aşağı düşməsi gələcəkdə dövlətin fiskal çevikliyini zəiflədə bilər. Çünki, hökumətin sosial və siyasi baxımdan xərcləri qaçılmazdır. Bu da öz növbəsində onsuz da həssas olan bank sisteminə əlavə yük yaradabilər.
“Neftin qiymətinin kəskin ucuzlaşmasına, daxili investisiyalara və gəlirlərin siviyəsinə təsiri gözlədiyimizdən artıq oldu. Həmçinin ölkənin neft-qaz sektoruna xarici investisiyaların zamansız yatırılması halında Azərbaycanın gələcək iqtisadi fəaliyyəti üçün riskər görməyə davam edirik”, - deyə məlumatda qeyd olunur.
Bununla yanaşı, agentlik bu il ehtimal olunan 3%-lik iqtisadi geriləmənin qısamüddətli olacağını, "Şahdəniz-2" layihəsinə xarici investisiyaların dəstəyi nəticəsində 2017-ci ildə iqtisadi artıma nail olunacağını düşünür.
Agentlik 2017-ci il üçün0,8%, 2018-ci idə - 3%, 2019-cu ildə - 4% iqtisadi artım proqnozlaşdırır.
2016-cı ildə Azərbaycanda 59 mlrd. manat ($38 mlrd.), 2017-ci ildə64mlrd. manat ($41 mlrd.),2018-ci ildə 71mlrd. manat($45 mlrd.) və 2019-cu ildə 77 mlrd. manat ($49 mlrd.) nominal ÜDM-in istehsal olunacağını ehtimal edir.
Agentliyin proqnozlarına görə, bu il adambaşına ÜDM $3,9 min, 2017-ci ildə - $4,2 min, 2018-ci ildə - $4,6 min, 2019-cu ildə - $4,9 min təşkil edəcək.
Həmçinin agentlik 2016-cı ilin yekunları üzrə tədiyə balansının cari əməliyyatlar hesabının
kəsiri ÜDM-in 0,5% səviyyəsində proqnozlaşdırır.
“2017-ci ildə tədiyə balansının cari əməliyyatlar hesabının kəsiri ÜDM-in 0,6%, 2018-ci ildə - ÜDM-in 1,4%, 2019-cu ildə ÜDM-in 1,9% səviyyəsində gözlənilir”, - deyə məlumatda vurğulanır.
“S&P” analitiklərinin rəyinə görə, 2016-cı ildə ölkədə işsizliyin səviyyəsi 5,5%, 2017-ci ildə - 5,4%, 2018-ci ilodə - 5,2%, 2019-cu ildə 5% təşkil edəcək. **
N.Abbasova