Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Protez-Ortopedik Bərpa Mərkəzi 2016-cı ilin 7 ayı ərzində əlilliyi olan şəxsləri 20,501 min protez-ortopedik məmulat və reabilitasiya vasitəsi ilə təmin edib.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 1034 ədədi əlil arabası, 646 ədədi aşağı və yuxarı ətraf protezi, 781 ədədi aşağı və yuxarı ətraf ortezi, 1750 ədədi dirsəkaltı və qoltuqaltı ağac, 489 ədədi bel və boyun nahiyəsi üçün korset olub. Həmçinin 386 ədəd eşitmə aparatı, 1675 ədəd əsa, 1967 cüt protez ayaqqabı, 2602 cüt ortopedik ayaqqabı, 5467 ədəd müxtəlif yardımçı reabilitasiya vasitəsi və s. onların istifadəsinə verilib.
Bununla yanaşı, yanvar-iyul aylarında əlilliyi olan şəxslərə məxsus 557 ədəd reabilitasiya vasitəsi və protez-ortopedik məmulatın təmiri işləri aparılıb.*
R.Babayev