SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) qazma idarələri 2016-cı ilin yanvar-iyul aylarıpnda qazma işlərinin həcmini 2015-ci ilin analoji dövrü ilə müqayisədə 1,5% - 61,681 min metrədək azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-dan məlumat verilib.
Bununla yanaşı, istismar qazma işlərinin payı 60,464 min metr, kəşfiyyat qazma işlərinin payı 1,217 min metr təşkil edib.
Cari ilin iyul ayında SOCAR üzrə qazma işlərinin həcmi 8,401 min metr, bunun bütün həcmi istismar qazma işlərinin payına düşüb.
2016-cı ilin yanvar-iyul aylarında şirkətin qazma idarələri tərəfindən 35, iyul ayında 9 yeni quyu
istismara verilib.
2015-ci ildə SOCAR-ın qazma işlərinin həcmi 104,411 min metr, o cümlədən kəşfiyyat qazma işlərinin həcmi 1 min metr, istismar qazma işlərinin həcmi 103,725 min metr təşkil edib. **
N.Abbasova