Rusiya prezidenti Vladimir Putin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında eksklüziv olaraq iştirak edir. Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov buna əmindir.
“Rusiyanın ATƏT-in Minsk qrupunun həmsədri olduğu nəzərə alınarsa, Azərbaycan üçün Vladimir Putin ilə Qarabağ məsələsinin müzakirəsi vacibdir. Hətta, Rusiya prezidenti vasitəçilik missiyasında eksklüziv rol oynayır”, - deyə R.Musabəyov “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
“Məhz o daha çox Azərbaycan və Ermənistan prezidentlərinin görüşlərinin təşəbbüskarı olub. Və hazırda bu proses mühüm dərəcədə Rusiya prezidentinin himayəsi altında həyata keçirilir”, - deyə o Azərbaycan, İran və Rusiya liderlərinin Bakıda keçiriləcək üçütərəfli görüşünün nizamlanma prosesinə mümkün təsiri məsələsini şərh edərkən bildirib.
R.Musabəyovun sözlərinə görə, digər tərəfdən Tehranın da bu məsələdə konstruktiv mövqe tutması vacibdir.
“İranın vasitəçilik missiyasında iştirak etməməsinə baxmayaraq, məlumatlandırılma hüququna malikdir. Görüşün münaqişənin nizamlanmasının gedişinə birbaşa təsir etməyəcəyinə baxmayaraq, İranın Azərbaycan və Ermənistanla həmsərhəd olmasını və münaqişə zonasının onun sərhədinə yaxın olduğunu nəzərə alaraq, təbii ki, Tehran üçün bu problemdən sükutla yayınmaq çətindir”, - deyə politoloq qeyd edib.
Bununla belə, deputat xatırladıb ki, 1992-ci ildə İranın Qarabağ məsələsində vasitəçiliyi müvəffəqiyyətsiz oldu.
“1992-ci ildə İranın vasitəçilik təcrübəsi müvəffəqiyyətsiz oldu. İran sazişində mürəkkəb qurumadan, ermənilər hücum çəkərək Şuşanı işğal etdilər. İran öz vasitəçiliyinin nüfuzunu təmin etmək məqsədilə heç nə etmədi”, - deyə o qeyd edib.
R.Musabəyov vurğulayıb ki, ATƏT-in Minsk qrupu çərçivəsində mövcud danışıqlar formatı “İrandan dəfələrlə nüfuzludur”.
Deputatın rəyinə görə, heç bir tərəf vasitəçilik formatını dəyişməyəcək, ATƏT-in Minsk qrupundan, təşkilatın sülh yolu ilə nizamlanma üzrə hazırlanan məsələlərindən imtina etməyəcək və İranın vasitəçiliyi ilə bu prosesə sıfrdan başlamayacaq. **
F.İsazadə