Azərbaycanın gömrük orqanları respublika vətəndaşından 40 min ədəd siqaret aşkar edərək götürüb. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) saytında məlumat verilir.
«Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları Sankt-Peterburq-Lənkəran aviareysi ilə gələn Azərbaycan Respublikasının vətəndaşından 40 min ədəd siqaret aşkar edərək götürüblər”, - deyə məlumatda bildirilir.*
Faktla bağlı araşdırma aparılır.
F.İsazadə