Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan qərb ölkələrini terrorçuluğu və dövlət çevrilişini dəstəkləməkdə ittiham edərək onları kəskin tənqid edib. Bu barədə çərşənbə axşamı Türkiyə mətbuatı məlumat verib.
“Sual edirəm: Qərb terrorçuluğu dəstəkləyir ya yox? Qərb demokratiyanın tərəfindədir, yoxsa qiyam və terrorun? Əfsuslar olsun ki, Qərb terroru dəstəkləyir və qiyamçıların tərəfindədir”, - deyə R.Ərdoğan Ankarada xarici investorların forumunda çıxışında bəyan edib.
“Biz dostlarımızdan gözlədiyimiz dəstəyi almadıq, nə çevriliş zamanı, nə də bu cəhddən sonra”, - deyə Türkiyə prezidenti əlavə edib. **