Avstriyanın “Poerner” şirkəti SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) yenidən qurulması layihəsi çərçivəsində bitum qurğusunun tikintisi üzrə podratçı oldu. Bu barədə SOCAR-ın məlumatında deyilir.
“Avqustun 2-də H.Əliyev adına NEZ-də bu müəssisənin yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avstriyanın “Poerner” şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanıb”, - deyə məlumatda bildirilir.
Layihə çərçivəsində bitum istehsalı qurğusu birinci istismara veriləcək.
“Bu, “Azərneftyağ” NEZ-in mövcud infrastrukturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcək, yüksək keyfiyyətli bitum istehsalına və Bakının ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcək”, - deyə məlumatda qeyd olunur.
İllik istehsal gücü 400 min ton olan yeni bitum qurğusunun 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur.Buna qədər isə bitum istehsalı “Azərneftyağ” NEZ-də davam etdiriləcək. Yeni bitum qurğusu işə salındıqdan sonra illik istehsal gücü 250 min ton bitum olan əvvəlki qurğu söküləcək.
Hazırda H.Əliyev adına NEZ Azərbaycanda fəaliyyət göstərən yeganə neft emalı zavodudur. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.*
p>
Hazırda H.Əliyev adına NEZ Azərbaycanda fəaliyyət göstərən yeganə neft emalı zavodudur. “Azərneftyağ” NEZ 2015-ci il yanvarın 1-dən bu zavodun tərkibinə daxil edilib.*
N.Abbasova