Prezident İlham Əliyev avqustun 3-də Çin Xalq Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Vey Cinhuanı qəbul edib.
Dövlət başçısının saytında verilən məlumata görə, V.Cinhuan etimadnaməsini prezident İ.Əliyevə təqdim edib.
Dövlət başçısı ölkələrimiz arasında bütün başqa istiqamətlərdə əlaqələrimizin inkişafı üçün böyük qarşılıqlı marağın olduğunu deyib.
Səfir V.Cinhuan regionda sabitliyin və təhlükəsizliyin təmin olunmasında Azərbaycanın rolunu xüsusi vurğulayaraq, Çin Xalq Respublikasının ölkəmizin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bir daha diqqətə çatdırıb.
Görüşdə tərəflər radikalizm, ekstremizm və terrorizmə qarşı mübarizədə səylərinin birləşdirilməsinin vacibliyini qeyd ediblər.*
F.İsazadə