2016-cı ilin birinci yarımilliyində Respublika QİÇS-lə Mübarizə Mərkəzi Azərbaycanda 283 İİV-ə yoluxan vətəndaş barədə məlumat verib.
“2016-cı ilin 6 ayı ərzində İİV-ə yeni yoluxma halları 283 təşkil edib. Onlardan 276-ı (97,5%) Azərbaycan vətəndaşlarında, 7-i (2,5%) isə əcnəbilərdə aşkarlanıb”, - deyə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Qeydiyyata alınmış 276 yerli sakinlərdən 180-i (65,2%) kişi, 96-sı qadındır.
“Bu dövr ərzində QİÇS mərhələsinə 86 nəfər Azərbaycan vətəndaşlarından olan İİV-li xəstələr keçib”, - deyə məlumatda deyilir. **
R.Babayev