Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Türkiyə xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında növbəti telefon danışığı olub. Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindənməlumat verilib.
“Telefon danışığı əsnasında nazirlər ikitərəfli əlaqələrə, regional və beynəlxalq gündəliyə aid olan məsələlərimüzakirə ediblər”, - deyə məlumatda bildirilir.
E.Məmmədyarov Türkiyə xalqının demokratik iradəsi və dövlətin konstitusion əsaslarına qarşı xain çevriliş cəhdinin qəbuledilməz olduğunu bir daha bildirərək, Azərbaycanın qardaş ölkə kimi daim Türkiyənin yanında olduğunu vurğulayıb.
M.Çavuşoğlu Azərbaycanın dəstəyinin və atdığı addımların yüksək qiymətləndirildiyini bildirib.*
F.İsazadə