Respublika QİÇS-lə Mübarizə Mərkəzi 30 il ərzində Azərbaycanda İİV-infeksiyasına yoluxan 4955 nəfərin qeydiyyatı barədə məlumat verir.
“Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV-infeksiyasının aşkar edilidiyi 1987-ci ildən 2016-cı ilin iyul ayınadək Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV-infeksiyası təsdiq olunmuş 4955 nəfər rəsmi qeydiyyata götürülüb”, - deyə Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat verir.
Onlardan 3607-si (73,2%) kişi, 1348-i (26,8%) qadındır.
“QİÇS mərhələsində olan vətəndaşlarının sayı 1798 nəfərdir”, - deyə məlumatda deyilir. **
R.Babayev