Tovuz rayonunda 10 nəfər qoyun ətindən zəhərlənib. Bu barədə Daxili İşlər Nazirliyinin saytında məlumat verilir.
Tovuz rayonunun Azaflı kəndində yaşayanlar Nizami Musayev, arvadı Zərifə, qızı Leyla, oğlu Rövşən, qohumları Şəhla Musayeva, qızları Fəridə, Səidə, Ömər Abdullayev, Samirə Həsənova, Aygün Tağıyeva evlərində qidadan (qoyun əti) zəhərlənmə ilə xəstəxanaya yerləşdiriliblər. **
R.Babayev