Rusiya prezidenti Vladimir Putin Federal Antiinhisar Xidmətinə (FAX) yerli bazarda dövriyyədə olan dərman vasitələrinin qiymətlərini təhlil etməyi və dünyada xammal və komponentlərin qiymətlərini nəzərə almaqla Rusiyada dərman istehsalçılarının xərclərinin əsaslılığını yoxlamağı tapşırıb.
Tapşırıq sentyabrın 15-dək yerinə yetirilməlidir.
Dövlət başçısının tapşırıqlarının siyahısı Kremlin saytında dərc edilib.*