“Azneft” İstehsalat Birliyi (SOCAR-ın hasilat və qaz üzrə törəmə strukturu) 2016-cı ilin sonuna kimi qazılan quyuların sayını 72-yə çatdırmağı planlaşdırır. Bu barədə Azərbycan Dövlət Neft Şirkətinin saytında məlumat verilir.
“2016-cı ilin birinci yarısında 34 quyuda qazma işlərinə başlanılıb, 26 quyuda qazma işləri yekunlaşıb, daha 28 quyu istifadəyə verilib. Ümumilikdə, 2016-cı ildə “Azneft” 72 quyunun qazılmasını planlaşdırır”, - deyə məlumatda qeyd olunur.
Hazırda “Azneft” İB tərəfindən 18 onşor və 13 dəniz neft-qaz yatağının istismarı həyata keçirilir.
2015-ci ildə “Azneft” 6 mln. 778 min ton neft və 6,1 mlrd. kubmetr qaz istehsal edib.
2016-cı ildə neft hasilatı 6,3 mln. ton, 2017-ci ildə 6,4 mln. ton, 2018-ci ildə 6,5 mln. ton səviyyəsində proqnozlaşdırılır.
2016-cı ildə qaz hasilatı illik 5,6 mlrd. kubmetr, 2017-2018-ci illərdə 5,8 mlrd. kubmetr səviyyəsində proqnozlaşdırılır. **
N.Abbasova