Azərbaycanda 131,726 min ailə ünvanlı dövlət sosial yardımı alır. “Hazırda ölkədə ümumilikdə 573,903 min nəfər ailə üzvünü əhatə edən 131,726 min nəfər ailə ünvanlı dövlət sosial yardımı ilə təmin edilir”, - deyə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev bildirib.
Onun sözlərinə görə, cari il fevral ayının 15-dən tətbiqinə başlanmış Vahid Elektron Müraciət və Təyinat Alt Sistemi (VEMTAS) vasitəsilə 75,268 min nəfər ailə üzvü olan 18,855 min ailəyə avtomatlaşdırılmış qaydada ünvanlı dövlət sosial yardımı təyin olunub.*
R.Babayev