Müdafiə naziri general-polkovnik Zakir Həsənov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdə yeni təyin olunmuş səfiri Karol Krofts iki ölkənin Silahlı Qüvvələri arasında əməkdaşlığın genişləndirilməsi məsələlərini müzakirə ediblər. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti xəbər verir.
«Regiondakı hərbi-siyasi vəziyyət və qarşılıqlı maraq doğuran digər məsələlərin müzakirə edildiyi görüşdə Azərbaycan-Böyük Britaniya münasibətlərinin inkişaf səviyyəsindən məmnunluq ifadə olunub, Silahlı Qüvvələr arasında əməkdaşlığın daha da genişləndirilməsinin və hərbi təhsil sahəsində əldə edilən razılaşmaların inkişaf etdirilməsinin vacibliyi xüsusi vurğulanıb», - deyə məlumatda bildirilir.*
F.İsazadə