Oktyabrın 1-də Bakıda "European Tobacco-Baku" ASC-nin səhmdarlarının illik ümumi yığıncağı keçiriləcək. Bu barədə cəmiyyətin elanında deyilir.
“İclasda səhmdarlar ASC-nin 2015-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı hesabatı təsdiq etməlidirlər”, - deyə məlumatda qeyd olunur.
"European Tobacco-Baku" ASC 2000-ci ildə Bakı Tütün Kombinatının bazasında yaradılıb. ASC-nin səhmlərinin 92,5%-i Britaniyanın “European Tobacco Inc” şirkətinə məxsusdur.*
N.Abbasova