“Azərsu” SC avqustun 4-də Yasamal və Nəsimi rayonlarının bir hissəsinə içməli suyun verilməsinə məhdudiyyətlər qoyub. Bu barədə cəmiyyətin elanında deyilir.
“Bakı şəhəri İzmir küçəsində yeni çəkilmiş magistral su xəttinin mövcud sistemlərə birləşdirilməsi ilə əlaqədar 04 avqust 2016-cı il tarixində gün ərzində Yasamal və Nəsimi rayonlarının bəzi yerlərinə - İzmir küçəsində 5,7,9 saylı yaşayış binalarına, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Bakıxanov küçələrinin bir hissəsinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq”, - deyə məlumatda bildirilir.*
N.Abbasova