2016-cı ilin birinci yarısında “Aqrolizinq” ASC-nin xətti ilə kənd təsərrüfatı məhsulları istehsalçılarına ümumilikdə 22,5 mln. manat dəyərində 737 ədəd kənd təsərrüfatı texnikası satılıb. Bu barədə Dövlət Statistika Komitəsinin məlumatında deyilir.
“Kənd təsərrüfatı məhsulları istehsalçılarına 296 ədəd müxtəlif növ traktor, 121 ədəd taxılyığan kombayn, 106 ədəd kotan, 31 ədəd ot dırmığı, 19 ədəd bağarası frez, 13 ədəd ot və küləş presləyən maşın, 8 ədəd otbiçən və 141 ədəd digər kənd təsərrüfatı maşın və avadanlıqları satılıb və verilib”, - deyə məlumatda bildirilir.
Xəbər verildiyi kimi, 2015-ci ildə “Aqrolizinq” ASC-nin xətti ilə sahibkarlara 59 mln. manat dəyərində kənd təsərrüfatı texnikası və avadanlığı satılıb.
"Aqrolizinq” ASC Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.*
N.Abbasova