Azərbaycanın gömrük orqanları respublika vətəndaşından 14 min ədəd siqaret aşkar edərək götürüblər. Bu barədə Dövlə Gömrük Komitəsinin saytında məlumat verilir.
“Xaçmaz Gömrük İdarəsinin “Samur” gömrük postunun əməkdaşları 14 min ədəd xarici markalı siqaret aşkar edərək götürüblər”, - deyə Komitədən bildiriblər.
Qeyd olunur ki, İdarəsinin gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olmuş əməliyyat məlumatına əsasən, siqaretlər Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinə baxış zamanı aşkar olunub.
Faktla bağlı araşdırma aparılır. **
F.İsazadə