Lənkəranda insan tələfatı ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə Fövqəladə Hallar Nazirliyinin saytında məlumat verilir.
Cümə axşamı “Iveco” markalı yük avtomobili ilə “VAZ” markalı minik avtomobilinin toqquşması nəticəsində iki nəfər həlak olub.
Məlumata görə, nazirliyin Cənub Regional Mərkəzinin xilasediciləri qəza nəticəsində deformasiyaya uğramış “VAZ” markalı minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sərnişin Famil İbadovun cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
Yerli mətbuatın məlumatına əsasən, “Jiquli”nin sürücüsü xəstəxanaya aparılarkən vəfat edib. **
R.Babayev