2016-cı ilin əvvəllərindən 223 əlil və şəhid ailəsi yeni mənzil alıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə məlumat verib.
“140 nəfər Qarabağ müharibəsi əlilinə, 83 şəhid ailəsinə müasir tələblərə cavab verən yeni mənzillər təqdim olunub”, - deyə o, bu gün Cəlilabad rayonunda 8 ədəd yeni fərdi yaşayış evinin Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilməsi mərasimində bildirib.*
R.Babayev