Dövlət Sərhəd Xidməti yanacaq-sürtkü materiallarının alışı üzrə tender elan edib. Bu barədə İdarənin elanında qeyd olunur.
Rəsmi mətbuatın məlumatına görə, tender 3 lot üzrə keçirilir: gəmi və katerlər üçün motor yağlarının alışı; avtomobillər və generatorların, o cümlədən, transmissiyalar üçün yağların alışı; xüsusi sürtkü materialları və mayelərin alışı.
Birinci lotda iştirakın dəyəri 500 manat, ikinci lotda - 200 manat, üçüncü lotda - 50 manatdır.
Tender təklifləri 19 sentyabr 2016-cı ilədək qəbul olunur. **
F.İsazadə