Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ümid edir ki, ABŞ dövlət katibi Con Kerri Türkiyəyə avqustun 21-də səfər edəcək. Bu barədə cümə günü Qərb KİV-i yerli televiziyaya istinadən məlumat verir.
"Düşünürəm ki, dövlət katibi avqustun 21-də gələcək", - deyə KİV TRT telekanalına müsahibə vermiş ölkə prezidentinə istinadən yazır.
Ötən gün “CNN Türk” telekanalı xəbər vermişdi ki, C.Kerri bu ayın sonunda Türkiyəyə səfər etmək istəyir.
Elə həmin gün dövlət katibinin nümayəndəsi Con Kirbi bəyan edib ki, bu məlumatı təsdiq edə bilməz.
Səfərin baş tutacağı təqdirdə bu, iyulda Türkiyədə baş tutmayan dövlət çevrilişi cəhdindən sonra Amerika administrasiyasının yüksək vəzifəli nümayəndəsinin ölkəyə ilk səfəri olacaq.*