Azərbaycan, İran və Rusiya prezidentlərinin avqustun 8-də Bakıda keçiriləcək görüşündə Xəzərdə əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən Xəzər dənizinin hüquqi statusu müzakirə olunacaq.
“Məlumdur ki, üçtərəfli dialoqun “Xəzər” tərkib hissəsi də olacaq”, - deyə Rusiya prezidenti AzərTAc dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, Xəzər dənizinin hüquqi statusu barədə əsas konvensiya üzərində iş başa çatmaq üzrədir.
“Son illərdə Xəzəryanı ölkələr Xəzərdə əməkdaşlığın müxtəlif aspektləri, o cümlədən onun energetika və bioloji resurslarından istifadə edilməsi ilə bağlı məsələlərin razılaşdırılmasında xeyli irəliləyişə nail olublar”, - deyə RF prezidenti qeyd edib.
O xatırladıb ki, müvafiq sazişlər imzalanıb, onlar uğurla reallaşır.*
V.Putin vurğulayıb ki, “Xəzərdə əməkdaşlığın genişləndirilməsi üçün əhəmiyyətli potensial görür - ilk növbədə Rusiya, Azərbaycan, İran, Qazaxıstan və Türkmənistanın daxil olduğu “Xəzər beşliyi” və İranın iştirakı ilə formalaşmaqda olan üçtərəfli partnyorluq çərçivəsində”.*