2016-cı ilin yanvar-iyul aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə daxilolmaların həcmi 3 mlrd. 849 mln. 942,5 min manat təşkil edib. Bu barədə Vergilər Nazirliyinin məlumatında bildirilir.
Xəbər verildiyi kimi, 2015-ci ilin yanvar-iyul aylarında Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 4 mlrd. 104 mln. 76,7 min manat köçürülüb. Beləliklə, 2016-cı ilin yanvar-iyul ayları ərzində nazirliyin xətti ilə dövlət büdcəsinə daxilolmalar 6,2% azalıb.
“Yanvar-iyul aylarında Vergilər Nazirliyi vergi və rüsum yığımı üzrə planı 100,4% yerinə yetirib. Faktiki olaraq nazirliyin xətti ilə vergi və rüsum yığımı 3 mlrd. 849 mln. 942,5 min manata bərabər olub”,- deyə məlumatda bildirilir.
Nazirliyin məlumatına görə, hesabat dövründə Azərbaycanda 62,496 min vergi ödəyicisi qeydiyyata alınıb.
Vergilər Nazirliyinin 2016-cı il dövlət büdcəsinə köçürmələr üzrə planı 7 mlrd. 10 mln. manat təşkil edir. **
N.Abbasova