8 avqust 2016-cı il tarixindən Azərbaycanda uçot dərəcəsi 7%-dən 9,5%-dək artırılır. Bu barədə Mərkəzi Bankın (AMB) məlumatında deyilir.
Bu qərar AMB-nin İdarə Heyəti tərəfindən qəbul edilib.
Xəbər verildiyi kimi, sonuncu dəfə uçot dərəcəsi cari ilin mart ayında nəzərdən keçirilib və martın 4-də 5%-dən 7%-dək artırılıb.
Bundan başqa, AMB İdarə Heyətinin qərarı ilə likvidlik əməliyyatları üzrə faiz dəhlizini aşağı həddini 4%, yuxarı həddini 15% səviyyəsində saxlayıb.
Məlumata görə, bu qərar milli valyutaya olan etimadı gücləndirmək, manat depozitlərinin artmasını təşviq etmək məqsədilə qəbul olunub. Bu tədbir eləcə də Mərkəzi Bankın sterilizasiya əməliyyatlarının cəlbediciliyinin artırılmasına da imkan yaradacaq.*
N.Abbasova