Müdafiə naziri general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının ölkəmizdəki səfiri Möhsün Pakayin ilə hərbi sahədə əməkdaşlığın mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə edib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Z.Həsənov Azərbaycan ilə İran arasında münasibətlərin inkişafında ölkə rəhbərlərinin görüşlərinin mühüm rol oynadığını və hərbi sahədə də əlaqələrin uğurla davam etdiyini bildirib.
Tərəflər hərbi sahədə əməkdaşlığın mövcud vəziyyəti, hərbi təhsil və hərbi tibb sahəsində əlaqələrin inkişaf perspektivlərini müzakirə edib, o cümlədən regional problemlər ətrafında fikir mübadiləsi aparıblar.
Görüşdə səfir M. Pakayin İran Silahlı Qüvvələrinin Azərbaycana yeni təyin olunan hərbi attaşesi, polkovnik Əli Seyfini müdafiə nazirinə təqdim edib.*
R.Babayev