Cümə günü Qazaxıstan və Türkiyə prezidentləri Nursultan Nazarbayev və Rəcəb Tayyip Ərdoğan bir sıra prioritet istiqamətlər üzrə strateji tərəfdaşlığın möhkəmlənməsi perspektivlərini müzakirə ediblər. Bu barədə Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.
Danışıqlar Ankarada N.Nazarbayevin Türkiyəyə rəsmi səfəri çərçivəsində aparılıb.
Həmçinin tərəflər beynəlxalq və regional gündəliyin ən aktual məsələlərinə dair fikir mübadiləsi aparıblar.
N.Nazarbayev səmimi qəbula görə R.Ərdoğana minnətdarlığını bildirib. **