Rusiya döyüşçü və silahların tranzitinin qarşısını almaq məqsədilə Azərbaycan və İranla beynəlxalq terror təşkilatlarına dair informasiya mübadiləsini aktivləşdirməyə ümid edir. Bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.
“Biz üç ölkə arasında beynəlxalq terror təşkilatlarına dair informasiya mübadiləsini aktivləşdirməyi təklif edirik. Bu, ölkələrimizin ərazisindən döyüşlər, silah və narkotiklərin tranzitinin qarşısını efektiv şəkildə almağa kömək edərdi”, - deyə Y.Uşakov Bakıda keçiriləcək üçtərəfli sammit ərəfəsində bildirib.
Rusiya, Azərbaycan və İran liderləri avqustun 8-də Bakıda görüşəcəklər.
Bundan başqa, Y.Uşakov qeyd edib ki, Rusiya Xəzər dənizi üzrə problemə dair dialoqun aktivləşməsini və Xəzər dənizinin hüquqi statusuna dair konvensiyanın tezliklə hazırlanması xeyrinə işləri mühüm hesab edir.
Onun sözlərinə görə, Rusiya bütün istiqamətlərə dair əöməkdaşlıq məsələlərini müzakirə etməyə hazırdır. “Biz keçiriləcək saamitə böyük önəm veririk”, - deyə prezidentin köməkçisi bildirib.
Y.Uşakov qeyd edib ki, prezidenti nüfuzlu nümayəndə heyəti müşayiət edir. **