Putin Bakıda iranlı və azərbaycanlı həmkarları ilə “Şimal-Cənub” dəhlizi və Xəzər dənizi yataqlarının işlənməsi ilə bağlı layihələri müzakirə edəcək. Bu barədə jurnalistlərə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov məlumat verib.
"Nəqliyyat infrastrukturu sahəsində daha sıx əməkdaşlığın perspektivlərini müzakirə etməyi son dərəcə əhəmiyyətli hesab edirik. "Şimal-Cənub" beynəlxalq dəmir yolu dəhlizinin qərb qolunun yaradılması planları nəzərdə tutulur", - deyə o bildirib.
"Energetika və ilk növbədə Xəzər regionunda neft-qaz yataqlarının kəşfiyyatı və işlənməsi üzrə layihələrin reallaşdırılması sahəsində əməkdaşlığa böyük önəm veririk", - deyə Y.Uşakov əlavə edib.
O deyib ki, 172 km uzunluğunda Rəşt (İran) – Astara (Azərbaycan) dəmir yolu magistralının inşası layihəsini müzakirə etmək təklif olunur. "Bu magistral “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin qərb qolu üzrə birbaşa dəmir yolu əlaqəsinin təşkilində sanki çatışmayan elementdir”, - deyə RF prezidentinin köməkçisi qeyd edib.
Üç ölkə arasında ticari-iqtisadi sahədə əməkdaşlığa toxunan Y.Uşakov bəyan edib ki, Rusiyanın iqtisadi inkişaf naziri Aleksey Ulyukayevin bu mövzuda xüsusi çıxışı olacaq.*