Moskva Tehranın Qarabağ münaqişəsinin nizamlanması prosesinə qoşulmasına yaşıl işıq yandıra bilər. İranın Azərbaycandakı keçmiş səfiri Əfşar Süleymani belə hesab edir.
“Əlbəttə, Rusiya olmadan bu münaqişə həll oluna bilməz. Amma Moskva və Vaşinqton arasında əlaqələrin soyuqluğunu nəzərə alaraq, Kreml İranın vasitəçilik fəaliyyətinə qoşulmasına yaşıl işıq yandıra bilər”, - deyə Ə.Süleymani “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
Onun fikrincə, münaqişənin nizamlanmasında İranın imkanlarının yoxlanılması sülh prosesinə zərər verməyəcək, əksinə, İran həm Azərbaycan, həm də Ermənistanla qonşudur və hər iki ölkə ilə ümumi quru sərhədinə malikdir.
«ATƏT-in Minsk qurupu bu günə qədər münaqişəni nizamlaya bilməsə də, İranın bu prosesə töhfə verməsinə imkan vermir. Zənnimcə, bu məsələdə İranın imkanlarının sınaqdan keçirilməsi heç bir ziyan verməyəcək, çünki Tehran Azərbaycan və Ermənistanla geosiyasi, iqtisadi və siyasi əlaqələrə malikdir”, - deeyə Ə.Süleymani qeyd edib.*
F.İsazadə