“Beynəlxalq Ordu Oyunları - 2016” yarışları çərçivəsində keçirilən “Tank biatlonu” müsabiqəsində iştirak edən Azərbaycan tankçıları fərdi yarışlar zamanı müsabiqənin növbəti mərhələsində bütün hədəfləri məhv edərək Ermənistan komandasını qabaqlayıb və yarımfinala vəsiqə qazanıblar. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, yarımfinal yarışları zamanı 4 komandadan ibarət qruplarda Azərbaycan tankçıları avqustun 11-də Rusiya, Serbiya və Hindistan komandaları ilə gücünü sınayacaq.
Ən yaxşı heyət sıralamasında reytinqinə görə Azərbaycan tankçıları 5-ci yerdədir. **
F.İsazadə