2016-cı il iyulun 1-nə əhalinin bank əmanətləri 7 mlrd. 565,9 mln. manat təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan (AMB) məlumat verilib.
Xəbər verildiyi kimi, 2015-ci ilin sonuna əhalinin bank əmanətləri 9 mlrd. 473,9 mln. manat təşkil edib. Beləliklə, cari ilin I yarısında bank əmanətləri 17,5% azalıb.
İyun ayında əhalinin əmanətlərində artım qeydə alınıb. Xüsusilə hesabat aylarında əmanətlər 249,7 mln. manat və ya 3,3% artıb. Yanvar-may aylarında isə əhalinin bank əmanətlərində azalma müşahidə olunub.
2015-ci ildə Azərbaycanda əhalinin bank əmanətləri manatın iki dəfə devalvasiyası nəticəsində 33,6% artıb.*
A.Əzizov