Rusiya biznesinin Azərbaycanın neft-qaz sektoruna sərmayələri sayəsində gəliri $2 mlrd. təşkil edib. Bu barədə iqtisadiyyat naziri Şahin Mustafayev bazar ertəsi Bakıda Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşçi Şuralarının geniş iclasında çıxışında bəyan edib.
“İndiyədək Rusiya şirkətlərinin Azərbaycan iqtisadiyyatına investisiyalarının ümumi həcmi $3 mlrd.-a yaxın təşkil edib, bunun $2,8 mlrd.-ı neft-qaz sektoruna yatırılıb. Bununla belə, Rusiya şirkətəri bu sahəyə yatırımlardan $2 mlrd. həcmində gəlir əldə edib”, - deyə o qeyd edib.
Ş.Musatafayev vurğulayıb ki, hazırda Azərbaycan “iqtisadiyyatın qeyri-neft sektoruna sərmayələr cəlb etməkdə çox maraqlıdır”.
Onun sözlərinə görə, iki ölkə arasında iqtisadi əməkdaşlıq həm dövlət şirkətləri, həm də özəl sektor arasında uğurla inkişaf edir. Bununla əlaqədar SOCAR (ARDNŞ) ilə Rusiyanın “Qazprombank” arasında əməkdaşlığı xüsusi qeyd etmək istərdim. Bu şirkət həm “SOCAR Polymer”in zavodlarının, həm də Azərbaycanda neft-qaz kimya kompleksinin tikintisinə kredit ayırıb”, - deyə nazir bildirib.
Ş.Mustafayev həmçinin Azərbaycanda Rusiyanın “R-Farm” şirkəti ilə birgə dərman preparatlarının istehsalı üzrə müəssisəsinin yaradılmasını da qeyd edib. “Bu layihənin reallaşdırılmasında Azərbaycan İnvestisiya Şirkəti və yerli özəl sektor iştirak edəcək. Bu layihə üzrə müvafiq Memorandum artıq imzalanıb. Yaxın zamanda layihənin icrası üzrə işlərə başlanacaq”, - deyə o vurğulayıb. **
N.Abbasova