Azərbaycan prezidenti İlham Əliyev Rusiyanın dövlət başçısı Vladimir Putinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında şəxsən fəal iştirak etdiyinə görə minnətdarlığını bildirib.
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Rusiyanın rolunu xüsusi qeyd etmək istərdim”, - deyə İ.Əliyev Rusiya prezidenti ilə görüşdə bəyan edib.
O xatırladıb ki, iyunda Sankt-Peterburqda keçirilən görüş bu problemə həsr olunmuşdu. “Bu prosesdə sizin şəxsən fəal iştirakınıza görə minnətdarlığımı bildirirəm”, - deyə İ.Əliyev qeyd edib.
O vurğulayıb ki, Rusiya və Azərbaycan prezidentlərinin mütəmadi görüşləri “çoxdan strateji tərərfdaşlıq səviyyəsinə çatan və təxminən bütün sahələri əhatə edən” ikitərəfli münasibətlərin inkişafına yeni təkan verir.
“Beynəlxalq meydançalarda fəal qarşılıqlı əlaqələmiz var, siyasi dialoq və iqtisadi əlaqələr möhkəmlənir”, - deyə İ.Əliyev bildirib.
Bundan başqa, o qeyd edib ki, yeni format - Rusiya, Azərbaycan və İran liderlərinin üçtərəfli görüşü ölkələrin iqtisadi inkişafı və regionda təhlükəsizliyin möhkəmlənməsinə imkan yaradacaq. **