Rusiya Federasiyasının prezidenti Vladimir Putin Rusiya-İran münasibətlərinin əhatə etdiyi bütün sahələrdə irəliləyişin olduğunu qeyd edib.
Bu gün Bakıda İran prezidenti Həsən Ruhani ilə görüşən Rusiya prezidenti Tehrana səfəri zamanı ona göstərilmiş səmimi münasibəti xatırladıb.
"Bu vaxt ərzində biz ikitərəfli münasibətlərimizin inkişafında böyük yol keçmişik, dostluq münasibətlərimiz möhkəmlənir, onlar çoxplanlı xarakter daşıyır. Bu, həm bütün istiqamətlərdə siyasi əlaqələrə, həm iqtisadi münasibətlərə, həm də humanitar sahəyə aiddir", - deyə V.Putin qeyd edib.
"Biz bu görüşü təşkil etdiyi üçün Azərbaycan prezidenti cənab Əliyevə minnətdar olmalıyıq. Bu görüş bizə həm də regiondakı vəziyyət haqqında üçtərəfli formatda danışmaq imkanı verir", - deyə o vurğulayıb.*